Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan-Pakistan tarixi əlaqələri xüsusi əhəmiyyətə malikdir

0

  •          44 günlük Vətən savaşı kimlərin bizə dost, kimlərinsə düşmən mövqe sərgilədiyini görmək üçün münbit şərait yaratdı. Ermənistanla Azərbaycan arasında yaranmış münaqişəni həll etməkdə müvəkkil olan, ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızı azad etməkdə bizlərə yardımçılıq missiyasını öz üzərinə götürmüş ATƏT - in Minsk qrupuna daxil olan dövlətlər açıq - aşkar, əvvəllər olduğu kimi, yenə də ermənilərin tərəfində dayanmağa üstünlük verdilər. Bu dövlətlərdən biri olan Fransa, nəinki ermənipərəst mövqe nümayiş etdirdi, hətta ölkəmizə qarşı düşmən mövqedən çıxış etməkdən belə, çəkinmədi. Bəzi dövlətlər ermənilərə gizli şəkildə silah - sursat yardımı etsələr də, qonşumuz, özünü müsəlman dövləti kimi tanıtmış İran isə açıq - aşkar ermənilərə dəstək verir, onları özlərinin müttəfiqi hesab edirdilər. Bir kəsim dövlətlər də vardı ki, onlar tərəflərini bəlli etmir, bir növ neytral mövqedə dayanmağa üstünlük verirdilər.​ Lakin Vətən müharibəsi zamanı iki möhtəşəm dövlət var idi ki, onlar başdan sona qədər Azərbaycanın haqq işini dəstəklədilər və ölkəmizə hər sahədə maddi - mənəvi dəstək verməyə hazır olduruqlarını elan etdilər. Bu ölkələr qardaş Türkiyə və qardaş Pakistan respublikaları idi. Müharibə dövründə Türkiyə Cümhuriyyəti dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, qardaş ölknin dövlət və hökumət nümayəndələri dəfələrlə Azərbaycana səfər etmiş, müharibənin gedişi ilə yaxından tanış olmuş, daima bizlərə qarşı dəstək nümayiş etdirmişlər. Bəzi ölkələr yenidən Azərbaycanı​ atəşkəs elan edib yenidən danışıqlar masası arxasında məcbur etməyə çalışsa da, qeyd olunan qardaş ölkələrin qətiyyətli mövqeyi nəticəsində ölkəmiz mənfur düşməni ərazilərimizdən qovub çıxarmağa, kapitulyasiya etməyə məcbur etdi. Arxasında güclü və sadiq dostların nəfəsini hiss edən Azərbaycan 30 illik müşkülə son qoymağı bacardı. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Azərbaycanın güclü mövqeyi qarşısında ölkəmizə qarşı münasibətləri dəyişən bəzi dövlətlərdən fərqli olaraq, Türkiyə və Pakistan əvvəlki kimi daim ölkəmizin yanında olduqlarını dəfələrlə nümayiş etdirmişlər. İyunun 13 - də Türkiyədəki seçkilərdən sonra Azərbaycana səfər edən Rəcəb Tayyib Ərdoğanın ardınca, iyunun 16 - da Pakistan İslam Respublikasının Baş Naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri bu üç qardaş ölkə arasındakı dostluq tellərinin nə qədər möhkəm olduğunu göstərir. Əlbəttə, bu münasibətlər dostlarımızı qürurlandırır, düşmənlərimizi isə məyus edir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
    Pakistan İslam Respublikasının Baş Naziri Məhəmməd Şahbaz Şərif və nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində onlar Azərbaycanın Dövlət Başçısı və hökumət nümayəndələri ilə dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsi, inkişafı yolunda bir çox məsələlər müzakirə edilmişdir. Pakistanın Baş Naziri Qarabağ münaqişəsi dövründə ölkəsinin daima Azərbaycanın yanında olduqlarını, onu dəstəklədiklərini bir daha vurğuladı. Qeyd olundu ki, Azərbaycan da Pakistanın ağrılı məsələlərindən biri olan​ Kəşmir məsələsində də bu ölkəni dəstəkləyən dövlətlərin önündə gedir. Bütün bunlar üçün də biz qardaş Azərbaycana minnətdarıq. Pakistanın Baş Naziri qeyd etdi ki, biz digər sahələrdə də iki ölkə arasındakı əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz növbəsində ölkəmizə göstərdikləri dəstəkdən ötrü Pakistan İslam Respublikasının Baş Naziri cənab Məhəmməd Şahbaz Şərifə hörmət və ehtiramını bildirdi. Qeyd olundu ki, ölkələr arasında hərbi - siyasi əməkdaşlıqdan başqa, mədəni, iqtisadi, müdafiə sənayesi, kənd təssərrüfatı və digər sahələr üzrə də əməkdaşlığı inkişaf etdirmək zəruridir. Bütün bunlara baxmayaraq, Azərbaycanla Pakistan İslam Respublikası arasındakı dostluq münasıbətləri günü - gündən möhkəmlənir, daha da sarsılmaz xarakter alır. Azərbaycan Pakistanın Vətən müharibəsi dövründəki qardaş dəstəyini heç vaxt unutmayacaq və ölkələrimiz arasındakı dostluq münasibətlərinin əbədi olması üçün əlindən gələni əsirgəməyəcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Gültəkin Cavadova,
    Xocalı rayon sakini, şəhid ailəsi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib52 dəfə
    azərbaycan pakistan tarixi əlaqələri xüsusi əhəmiyyətə malikdir

    Maraqlı gələ bilər
    55
    43